İsrail “Dəmir günbəz” sisteminin Ukraynaya verilməsini nəzərdən keçirir

İsrail “Dəmir günbəz” sisteminin Ukraynaya verilməsini nəzərdən keçirir

2 Fevral 2023 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail Ukraynaya hərbi yardım göstərəcəyini istisna etmir və hətta Ukraynanın hava məkanını qorumaq üçün ən son “Dəmir günbəz” hava hücumundan müdafiə sistemini verilməsini düşünməyə hazırdır.

Oxuməni.az xəbər verir ki, bu barədə Amerikanın CNN telekanalına müsahibəsində İsrailin baş naziri Benyamin Netanyahu bildirib. Bundan əvvəl İsrail rəsmi olaraq yalnız Kiyevə humanitar yardımla məhdudlaşacağını vurğulamışdır. Dəmir günbəzlə bağlı isə bu sistemin Ukrayna kimi geniş ərazilərdə istifadə üçün nəzərdə tutulmadığını bildirmişdi. Bundan əlavə, İsrailin baş naziri CNN-ə bildirib ki, hər iki tərəf və ABŞ buna razılıq verərsə, Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçilik etməyə hazırdır.

Rüfət, Oxuməni.az