Ukrayna və Fransa hava hücumundan müdafiə sistemləri haqqında memorandum imzalayıblar

Ukrayna və Fransa hava hücumundan müdafiə sistemləri haqqında memorandum imzalayıblar

2 Fevral 2023 11:47
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın müdafiə naziri Aleksey Reznikov və Fransanın müdafiə naziri Sebastien Lekornu, Thales Group ilə Ukraynanın hava hücumundan müdafiə üçün GM 200 radar sistemlərinin tədarükü ilə bağlı memorandum imzalayıblar.

Oxuməni.az xəbər verir ki, memoranduma əsasən Fransa Ukraynaya ən müasir MG radarları verəcək.

Öz növbəsində Ukrayna Müdafiə naziri Aleksey Reznikov sosial şəbəkələrdə yazıb:

"Fransız həmkarım Sebastian Lekornu ilə birlikdə Thales Group ilə Ukraynanın hava hücumundan müdafiə üçün MG-200 radarlarının tədarükü ilə bağlı memorandum imzaladıq. Bu avadanlıq bizə ballistik raketlər də daxil olmaqla düşmən dronlarını və raketlərini aşkar etməyə kömək edəcək. Göylərimiz Rusiyanın ölümcül hücumlarından qorunacaq".

Əziz Mustafa, Oxuməni.az