Almatıda Mixail Mişustin və Nikol Paşinyan arasında görüş keçiriləcək

Almatıda Mixail Mişustin və Nikol Paşinyan arasında görüş keçiriləcək

2 Fevral 2023 12:03
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstana işgüzar səfərə gedib.

Oxuməni.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Səfərdə onu həyat yoldaşı Anna Akopyan müşayiət edir.

Almatıda Paşinyan Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında, eləcə də illik Digital Almaty Forumunun işində iştirak edəcək.

Rusiya hökumətinin mətbuat xidməti Avrasiya Hökumətlərarası Şurasının iclası çərçivəsində Rusiya hökumətinin başçısı Mixail Mişustinin və Ermənistanın Baş nazirinin görüşünün keçiriləcəyini bildirib.

Əziz Mustafa, Oxuməni.az