Ukrayna Müdafiə Nazirliyi: Rusiya yarım milyon insanı səfərbər edib və hücuma hazırlaşır

Ukrayna Müdafiə Nazirliyi: Rusiya yarım milyon insanı səfərbər edib və hücuma hazırlaşır

2 Fevral 2023 12:18
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya qoşunları Ukraynanın işğalının ildönümünü ölkənin şərqində və cənubunda yeni bir hücumla qeyd edə bilər.

Oxuməni.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov Fransanın BFMTV telekanalına müsahibəsində bildirib.

"Biz təşəbbüsü itirə bilmərik. Rusların simvolizm yaşadığını nəzərə alsaq, fevralın 24-də bölgədə bir şey sınaya bilərlər. Düşmənimizi qiymətləndirmirik",- deyə o bildirib.

Reznikovun hesablamalarına görə, Rusiya təxminən 500 min əsgər səfərbər edib. "Rəsmi olaraq 300 min elan edildi, ancaq sərhədlərdə qoşun gördükdə, təxminlərimizə görə, bu daha çoxdur" deyə Ukraynanın müdafiə naziri vurğulayıb.

Bundan əvvəl Rusiya Baş Qərargahının 2023-cü ilin fevral və ya mart aylarında Ukraynada yeni hücuma başlamaq planları barədə Bloomberg Kremlə yaxın mənbələrə istinadən məlumat verib.

Əziz Mustafa, Oxuməni.az