Borrel: Ukraynaya qırıcı təyyarələrin göndərilməsi müzakirə hədəfi deyil

Borrel: Ukraynaya qırıcı təyyarələrin göndərilməsi müzakirə hədəfi deyil

2 Fevral 2023 12:36
Bəyəndim (0) Bəyənmədim (0)

Hazırda Ukraynaya qırıcı təyyarələrin göndərilməsi Avropa İttifaqının gündəliyində deyil.

Oxuməni.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici İşlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Brüsseldə jurnalistlərə bildirib.

O, məsələnin icmaya üzv dövlətlər arasında fikir ayrılığına səbəb olduğunu etiraf etdi.

"Mənim işim konsensusa gəlməyə çalışmaqdır və ən yaxşı yollardan biri konsensusu poza biləcək mövqe tutmamaqdır",- deyə Borrell bildirib.

Aİ-də Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı danışıqları şərh edən Aİ diplomatiyasının rəhbəri, birlik ölkələrinin Rusiya ilə Qərb arasındakı bütün texnoloji əlaqələri pozmağa yönəlmiş məhdudiyyətləri araşdırdığını iddia etdi.

Barrel yeni məhdudiyyətlərin Rusiya atom sənayesinə təsir edib-etməyəcəyini açıqlamayıb.

Əziz Mustafa, Oxuməni.az