Süleyman Soylu: Qərb Türkiyəyə qarşı qarayaxmalara başlayıb və psixoloji müharibə aparır

Süleyman Soylu: Qərb Türkiyəyə qarşı qarayaxmalara başlayıb və psixoloji müharibə aparır

2 Fevral 2023 15:13
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Qərbi respublikaya qarşı qarayaxmalara başlamaqda və "psixoloji müharibə" aparmaqda ittiham edib.

Oxuməni.az xəbər verir ki, onun sözlərinə görə, Qərb ölkələri respublikaya qarşı qarayaxmalara əl ataraq psixoloji müharibə" aparır, heç bir sübut təqdim etmədən terror təhlükəsi bəhanəsi ilə diplomatik nümayəndəliklərini bağlayır.

Süleyman Soylu deyib ki, Amerika və Qərb Türkiyənin müstəqil və azad olmasını"istəmirlər.

"Qərbdə bu psixoloji müharibəyə" 60 milyon turist qəbul etməyi planlaşdırdığımızı və turizmdən 46 milyard dollar gəlir əldə etdiyimizi elan etdiyimiz gün başladılar " deyə Soylu bəyan edib.

O, həmçinin əlavə edib ki, terror aktlarının baş vermə ehtimalını açıq elan edən və bu cür insidentlərin yerini açıqlayan ölkələrin heç biri Türkiyənin təhlükəsizlik idarələrindən ilə əlaqə saxlamayıb.

Əziz Mustafa, Oxuməni.az