ABŞ Ukraynaya F-16-ların digər ölkələr tərəfindən verilməsini nəzərdən keçirə bilər

ABŞ Ukraynaya F-16-ların digər ölkələr tərəfindən verilməsini nəzərdən keçirə bilər

2 Fevral 2023 16:23
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Ukraynaya F-16-ların digər ölkələr tərəfindən verilməsini nəzərdən keçirə bilər.

Oxuməni.az xəbər verir ki, bu barədə Pentaqonun yüksək vəzifəli rəsmisi Politico-ya açıqlamasında deyib. Onun sözlərinə görə, ABŞ-ın F-16 qırıcılarını Ukraynaya təhvil verməyə razı olacağı ehtimalı yoxdur, lakin digər ölkələrin öz F-16-larını təmin etməyi düşünə bilər.

ABŞ-ın razılığı ixrac məhdudiyyətləri səbəbindən lazımdır.

Politico qeyd edir ki, Avropanın bəzi ölkələri artıq F-16-larını Ukraynaya verə biləcəklərini nümayiş etdiriblər. Rafale qırıcı təyyarələrinə üstünlük verən Fransa da hava qüvvələrindəki mövcud olan köhnə Amerika qırıcılarını Ukraynaya verə bilər.

"Bu barədə danışan başqa ölkələr də var. Beləliklə, bunu necə etmək barədə təkliflər verdikdə, düşünürəm ki, bunu müzakirə edəcəyik" deyə Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmisi bildirib.

O, həmçinin əlavə etdi ki, ABŞ-ın mövqeyi bu cür tədarüklərə etiraz demək deyil, sadəcə bninla bağlı müzakirələrə tərəfdardır

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen bildirib ki, Qərb Ukraynaya lazım olan bütün silahları verməlidir. "Ən böyük risk münaqişənin uzanmasıdır. Buna görə də biz müharibənin tezliklə sona çatmasında maraqlıyıq... Əgər biz Ukraynaya lazım olan bütün silahları versək, onlar qalib gələ biləcəklər", - deyə o, bildirib. Anders Foq Rasmussen vurğulayıb ki, Ukraynaya lazım olan silahların verilməsi hətta Krımın rus işğalından azad edilməsində də önəmli rol oynaya bilər.

Əziz Mustafa, Oxuməni.az