İrandakı molla donuna bürünən faşist fars rejimi Pakistanı hədələyib

İrandakı molla donuna bürünən faşist fars rejimi Pakistanı hədələyib

2 Fevral 2023 14:45
Bəyəndim (0) Bəyənmədim (0)

İrandakı faşist fars rejimi hakimiyyəti Pakistana qarşı qonşu ölkələri birləşdirən "Mir" magistral qaz kəməri sahəsinin tikintisini gecikdirdiyinə görəBeynəlxalq Məhkəməyə müraciət etməyə hazırdır.

Oxuməni.az xəbər verir ki, molla donuna bürünən İranın faşist fars hakimiyyəti məhkəmədə Pakistana qarşı 18 milyard dollar məbləğində iddia qaldırmaq niyyətindədir.

İranın molla donuna bürünən faşist fars rejimi Azərbaycanın qardaşı Pakistan xalqını hədələyib.

Tehran yanvar ayında ultimativ formada İslamabada bildirib ki, qaz kəmərinin Pakistan hissəsi 2024-cü ilin fevral-mart aylarına qədər tikilməsə, iddia dərhal məhkəmə instansiyalarına göndəriləcək.

Pakistanın dövlət şirkəti Interstate Gas Systems və İranın İran qaz şirkəti hələ 2009-cu ildə qaz kəmərinin tikintisi haqqında saziş imzalayıblar. Onun şərtlərinə görə, Pakistan 800 km uzunluğunda qaz kəmərinin öz hissəsini tikməyi öhdəsinə götürüb, lakin onun tikintisi artıq 14-cü ildir gecikir. Kəmərin İran hissəsi isə Pakistanla sərhədə qədər çoxdan tikilib və istismara hazırdır.

Pakistan hökuməti daha əvvəl İrana ABŞ-ın təzyiqi və İran əleyhinə beynəlxalq sanksiyalar səbəbindən layihəni davam etdirə bilməyəcəyini söylədi. Buna baxmayaraq Pakistan 2024-cü ilə qədər öz sahəsindəki qaz kəmərini inşa ıetməyi öhdəsinə götürüb.

Əziz Mustafa, Oxuməni.az