Türkiyəyə girişi qadağan edilmişdi - Batırmaq üçün yer axtarırlar

Türkiyəyə girişi qadağan edilmişdi - Batırmaq üçün yer axtarırlar

2 Fevral 2023 22:35
Bəyəndim (0) Bəyənmədim (0)

1960-cı illərdən qalma 32 tonluq Braziliyaya məxsus keçmiş hərbi təyyarədaşıyan gəmi “Sao Paulo" sökülmək üçün İzmir limanına yola düşmüşdü. Amma içərisində ekologiya və insan sağlamlığına zərərli olan təhlükəli zəhərli tullantıların olduğu bildirildikdə, gəmi Türkiyənin ərazi sularına buraxılmamışdı. Bundan sonra Cəbəllütariq boğazından keçərək geri qayıtmışdı.

Oxuməni.az xəbər verir ki, Braziliya Hərbi Donanması verdiyi açıqlamada üç aydır sahildən uzaqda olan gəminin içinə su dolduğu və batmaq təhlükəsi ilə üzləşdiyini, bu səbəbdən ölkə limanlarına yanaşmasına icazə verilmədiyi bildirilib.

Ekologiya naziri Marina Silvanın tələbinə baxmayaraq, Hərbi Dəniz Qüvvələri gəmini Braziliyanın ərazi suları daxilində, sahildən 350 kilometr uzaqlıqda və 5 min metr dərinlikdə batırmaqdan başqa çarənin olmadığını bildirib.

Donanmanın açıqlamasında bu ərazinin ekologiyanın mühafizəsi zonalarından və sualtı rabitə kabellərindən uzaq olduğu qeyd edilib.

Hərbi Dəniz Qüvvələri gəmini dünən batırmağı planlaşdırmışdı, amma prokurorlar içində tonlarla zəhərli maddə olan gəminin Braziliya sularında batırılmasının qarşısını almağa çalışıblar. Həmin gün günortadan sonra federal hakim donanmanın ekoloji risk yaratdığını bildirərək tələbi rədd edib.Teleqraf.com