"Putinin ölümcül xəstə olduğuna inanmayın, belə gümanlar doğru deyil və ziyanlıdır..."

"Putinin ölümcül xəstə olduğuna inanmayın, belə gümanlar doğru deyil və ziyanlıdır..."

4 Fevral 2023 15:35
Bəyəndim (0) Bəyənmədim (0)

"Putini müayinə etmək üçün xaricdən mütəxəssislər və aparatlar gətirilə bilər. Bu, maliyyə məsələsidir, amma Kiyevə atılan bir raketin, hətta mərminin qıymətindən ucuzdur..."İsraildən olan həkim ukraynalıları məyus edib...

Putinin ölümcül xəstəlikləri yoxdur, belə iddialar ziyanlıdır.

Oxuməni.az xəbər verir ki, bu barədə İsraildən olan həkim Boris Bril Ukraynanın "HB" radiostansiyasının jurnalistləri ilə söhbətində deyib.

"Putinin sağlamlıq bəziyyəti ilə bağlı onun sağalmaz xəstəliyə düçar olması, ömrünə az qalması kimi müxtəlif dəyərləndirmələrə skeptik yanaşırsınız. Siz həqiqətən medianın qiyabi olaraq Rusiya diktatoruna qoyulan qorxulu diaqnozlara inanmırsınız?" sualına cavabında Bril deyib:

"İnanmıram. Nəinki ölümlə nəticələnən ölümcül diaqnozlara, həm də başqa xəstəliklərinə də inanmıram, ola bilər ki, yaşla bağlı baza xəstəlikləri olsun.

Mədəaltı vəzin xərçəngindən danışılıb. Əgər zaman məsafəsini götürsək, insan hətta kimya terapiyası alsa belə, ölməlidir. Ən yaxşı müalicə variantlarında olsa belə. Başqaları Parkinson xəstəliyinim adını çəkir. Burada da məna yoxdur.

Düşünürəm ki, o, sağlamdır. Bir çoxlarının arzu ediləni həqiqət kimi qələmə vermək istədiyinə rəğmən, bu, o qədər də doğru deyil. Ona görə ki, bu vəziyyətdə düşməni kifayət qədər dəyərləndirməmək ziyanlıdır".

Bril Rusiya liderinin sağlamlığına ən yaxşı xarici həkimlər tərəfindən dəstək verilməsi barədə informasiyanın dürüst olmasını istisna etmir:

"Təbii ki, insanı müayinə etmək üçün həkimlər dəvət oluna bilər və onlar da uçub gələ bilər. Hərçənd, elələri də var ki, vaxtilə xaricdə təhsil alıb, işləyib, sonra rahatca Rusiyaya qayıda bilib.

Digər tərəfdən, maliyyəni nəzərə alaraq gətirmək olar. Bu gün və ya dünən Kiyevə atılan bir raketin, hətta bir mərminin qiymətini nəzərə alsaq, istənilən həkimi gətirmək tankdan üç atəş açmaq kimidir. Məsələ maliyyədədir. Yenə də hamısı uçub gəlməyəcək.

Demək olmaz ki, "ən yaxşıları" olacaq. "Ən yaxşı həkim" və ya "dünyada ən yaxşılarından biri" anlayışları yoxdur. Düşünürəm ki, sağlamlıq vəziyyətinə nəzarət etmək olar. Avadanlıq da daha ucuzdur. Ən bahalı MRT aparatı da raketdən ucuzdur".

Bril Rusiyada liderlərin həyati fəaliyyəti və sağlamlıq vəziyyətinin yaxşı səviyyədə saxlanılmasının xarici mütəxxəssilərin cəlb edilməməsi ilə mümkün olması barədə suala mənfi cavab verib.

Həmsöhbətinin xahişi ilə Bril Rusiya prezidentinin təxmini psixoloji portretini təsvir edib: "Mən, əlbəttə, psixiatr deyiləm, lakin imtahanlara hazırlaşanda bu sahəni də oxumuşam. İnsan çox uzun zamandır ki, hakimiyyətdədir. Həm də, sadəcə, Afrikanın hansısa kəndində deyil, dünyaya təhlükə törədə biləcək nüvə silahına malik ölkədə hakimiyyətdədir.

20 il ərzində adekvat vəziyyətdə olmaq, zənnimcə, çox çətindir. Mən hətta deyərdim ki, mümkün deyil. Hakimiyyət insanı korlayır, sərhəddi olmayan mütləq hakimiyyət isə tamamilə korlayır. İstənilən adamı korlayır".

2021-ci ilin yayında Bril Rusiyda koronavirusun müaicəsində istifadə edilən dərmanları "cahillik preparatları" adlandırıb və bunu "divardan əhəngi yalamağa" bənzədib.

Həmin ilin oktyabrında Boris Bril bəyan edib ki, Rusiyada və başqa ölkələrdəki həmkarları koronavirus barəsində dürüst olmayan informasiya yayır, çox zaman peyvəndin əleyhinə çıxış edir, "kovid" xəstələrinin xəstəxanaya yerləşdirilməsi və müalicəsi üçün aydın meyarlar müəyyən etmirlər.

Qeyd edək ki, Rusiya prezidentinin, guya, tibbi problemlərinin olması barədə həm Ukrayna, həm də xarici mətbuatda məlumatlar üzə çıxır. Rusiyada bu mövzu barədə ən çox qalmaqalıı "Telegram-kanal" yazır.Moderator.az