Tailand vətəndaşı Ermənistan prezidentini məhkəməyə verib

Tailand vətəndaşı Ermənistan prezidentini məhkəməyə verib

3 Fevral 2023 10:38
Bəyəndim (0) Bəyənmədim (0)

Tailand vətəndaşı Kaçaçat Bondi Ermənistan İnzibati Məhkəməsinə Prezident Vaaqn Xaçatryana qarşı iddia qaldıraraq ona Respublika vətəndaşlığı verilməsini tələb edib.

Oxuməni.az xəbər verir ki, buna səbəb Ermənistan prezidentinin Bondiyə vətəndaşlıq verməməsidir.

Bondi artıq beş ildir ki, Ermənistanda yaşayır. O, burada Thai take out restoranını açıb, iş yerləri yaradıb, hətta xeyriyyəçiliklə məşğul olub. O, həmçinin "Gladzor"Universitetinin aspirantıdır. Lakin Ermənistanın Milli Təhlükəsizlik Xidməti buna mənfi rəy verib, ölkə prezidentinə Bundi-yə Respublika vətəndaşlığı verməməyi tövsiyə edib.

Əziz Mustafa, Oxuməni.az