Türkiyə Qərbi öhdəliklərini yerinə yetirməməkdə günahlandırdı

Türkiyə Qərbi öhdəliklərini yerinə yetirməməkdə günahlandırdı

3 Fevral 2023 15:27
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu təhlükəsizlik təhdidlərinə görə respublikada konsulluqlarını bağlayan Qərb ölkələrini müttəfiqlik öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.

Oxuməni.az xəbər verir ki, Mövlud Çavuşoğlunun fikrincə bütün bunların arxasında Qərbin Türkiyəyə qarşı tarixdən gələn düşmənçilik siyasəti dayanır.

"Əgər onlar müttəfiq olsaydılar, gələcək təhdidlər barədə bizə xəbərdarlıq edərdilər. Terror təhlükəsi varsa, bizə məlumat verməməlidirlər? Daxili İşlər Nazirliyimizdən və kəşfiyyatdan soruşduq. Xüsusi məlumat mübadiləsi yox idi. Bu bağlanmaların qəsdən olduğuna inanırıq"dedi.

Mövlud Çavuşoğlu Türkiyənin istənilən terror hərəkətinin qarşısını almağa hazır olduğunu da xqüsusi vurğulayib. O qeyd edib ki terrrorla mübarizə davam edir və Türkiyə bu məsələdə sona kimi getməkdə qətiyyətlidir.

Əziz Mustafa, Oxuməni.az