İran sərhədi keçdi: Ukrayna diplomatik münasibətləri pozmağa hazırdır

İran sərhədi keçdi: Ukrayna diplomatik münasibətləri pozmağa hazırdır

3 Fevral 2023 22:21
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Hər an İranla diplomatik münasibətləri kəsməyə hazırdır.

Oxuməni.az xəbər verir ki, bu barədə xarici işlər naziri Dmitri Kuleba "BBC xəbərləri Ukrayna"ya müsahibəsində bildirib.

O qeyd edib ki, İran Rusiyaya Ukraynaya qarşı istifadə üçün kamikadze dronları tədarük etməyə başlayanda "xətti keçib". XİN daha əvvəl Tehranla diplomatik münasibətləri pozmaq təklifini prezidentə təqdim edib.

"Bu, İrana siqnalımızdır – Rusiya ilə Ukraynaya qarşı əməkdaşlıq sizə nə qədər faydalı görünsə də, sizi əmin edirik ki, bu əməkdaşlığın mənfi nəticələri istənilən faydanı dəfələrlə üstələyəcək",- deyib Kuleba.

O vurğulayıb ki, diplomatik münasibətlərin pozulması barədə qərar İranın gələcək davranışından asılı olaraq istənilən vaxt verilə bilər.

Əziz Mustafa, Oxuməni.az