Ukrayna Rusiyanın 25 mln. dollarlıq "Bayraktar qatili"ni milçək kimi məhv etdi...

Ukrayna Rusiyanın 25 mln. dollarlıq "Bayraktar qatili"ni milçək kimi məhv etdi...

3 Fevral 2023 19:22
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynalı topçular Rusiya müdafiə sənayesinin fəxri sayılan 25 milyon dollarlıq "Tor-M2DT" Arktika hava hücumundan müdafiə sistemini məhv ediblər.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin generalı Aleksey Almazov adına 406-cı əlahiddə artilleriya briqadasının mətbuat xidməti məlumat yayıb.

“Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin general-horunji(general-mayor-S.L.) Aleksey Almazov adına əlahiddə artilleriya briqadasının artilleriyaıları Rusiya müdafiə sənayesinin qüruru, “Bayraktarların qatili” sayılan "Tor-M2DT" Arktika hava hücumundan müdafiə sistemini məhv ediblər"- bəyanatda belə deyilir.

Həmçinin qeyd edilib ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin yalnız Şimal Donanmasının sahil qoşunlarının 80-ci motoatıcı briqadasında belə komplekslər var. "Tor-M2DT" zenit raket kompleksləri ilk dəfə 2022-ci ilin dekabrında Ukrayna ərazisinə daxil olub.

Kompleksə rus qoşunlarını qorumaq və düşmənin strateji əhəmiyyətli obyektlərini mühafizə etmək vəzifəsi həvalə edildi.

Ümumiyyətlə, Rusiya oxşar modifikasiyalı 12 komplekslə silahlanıb. Onlar -50 dərəcə şaxtaya qədər temperatur aralığında işləyə bilirlər.

Moderator.az