Ukrayna 116 hərbi əsiri 63 rusa dəyişdirib

Ukrayna 116 hərbi əsiri 63 rusa dəyişdirib

5 Fevral 2023 07:49
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya ilə hərbi əsirlərin mübadiləsi çərçivəsində 116 nəfər Ukraynaya qayıdıb.

Oxuməni.az xəbər verir ki, bu məlumatı şənbə günü, fevralın 4-də Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak Telegram-da yazıb. Söhbət “Mariupolun müdafiəçiləri, Xerson partizanları, Baxmut istiqamətindən snayperlər və digər qəhrəmanlardan gedir ".

Yermakın sözlərinə görə, geri qayıdanlar arasında :" Ukrayna silahlı qüvvələrinin 87 hərbçisi, ərazi müdafiəsinin 8 döyüşçüsü, milli qvardiyanın 7 əməkdaşı, milli polisin 6 əməkdaşı, vergi xidmətinin 5 əməkdaşı, hərbi dəniz qüvvələrində xidmət edən 2 nəfər və fövqəladə hallar dövlət xidmətinin bir nümayəndəsi. Eyni zamanda, azad edilmiş hərbi əsirlərdən ikisi zabit, 114-ü sıravi və çavuşdur"- Yermak qeyd edib.

Bundan əlavə, Rusiya tərəfi həlak olan əcnəbi könüllülər Kristofer Metyu Perri və Endryu Tobias Metyu, həmçinin "Fransa Xarici Legionunda" xidmət etmiş və Ukraynanı müdafiə etmək üçün qayıdan, ukraynalı könüllü Yevgeni Kulikin cəsədini təhvil verib.

Öz növbəsində Rusiya Müdafiə Nazirliyi danışıqlar nəticəsində 63 rusiyalı hərbçinin Ukrayna əsirliyindən azad edildiyini bildirib. Onlardan bəziləri "həssas kateqoriya"ya aid olanlar, Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyinin vasitəçiliyi ilə dəyişdirilib, müdafiə nazirliyi bildirir. Bu "həssas kateqoriya"nın dəqiq nə olduğunu Rusiya hərbi idarəsi dəqiqləşdirməyib.