İranda etirazçılar əfv edilib, ancaq hamısı deyil

İranda etirazçılar əfv edilib, ancaq hamısı deyil

6 Fevral 2023 09:46
Bəyəndim (0) Bəyənmədim (0)

İranda etirazçılar əfv edilib, ancaq hamısı deyil.

Oxuməni.az xəbər verir ki, əfv 1979-cu il fevralın 11-də şahın ölkədən qovulması və İranda İslam respublikasının elan edilməsi ilə başa çatan İslam inqilabının ildönümünə təsadüf edib.

Ölkədə bütün yekun qərarları Ayətullah Xamenei verir. O qeyd edib ki, iğtişaşlarda iştirak etdiklərinə görə həbs edilənlər yalnız “əcnəbilər üçün casusluq etməsələr və xarici kəşfiyyat xidmətlərinin agentləri ilə birbaşa əlaqə saxlamasalar” əfv olunacaq və ya cəza müddəti azaldılacaq.

Bundan başqa, qətl törətməyən, qəsdən xəsarət yetirməyən, dövlət, hərbi və ya ictimai obyektlərə ziyan vurmayan aksiya iştirakçıları da əfv ediləcəklər.

Eyni zamanda, əfv ikili vətəndaşlığı olan məhbuslara şamil edilməyəcək.

İranın dövlət mediası bildirib ki, Xamenei ölkənin məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Möhseni-Ejeinin etirazçıların çoxunun “xarici təbliğatla yoldan azmış” gənclər olduğunu bildirən məktubundan sonra həbs olunanların bəzilərini əfv etmək qərarına gəlib. Həmçinin qeyd olunub ki, bir çox məhbuslar artıq peşman olduqlarını bildiriblər və etdikləri pis əməllərə görə bağışlanmalarını istəyiblər.

İran konstitusiyasının 110-cu maddəsinə əsasən, ölkənin ali rəhbəri “məhkum edilmiş şəxsləri İslam qaydaları çərçivəsində əfv etmək və ya cəzalarını yüngülləşdirmək” hüququna malikdir.

Fuad, Oxuməni.az