Bayden ABŞ-ın Ukraynaya niyə F-16 verməyəcəyini açıqladı

Bayden ABŞ-ın Ukraynaya niyə F-16 verməyəcəyini açıqladı

7 Fevral 2023 10:43
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Co Bayden Vaşinqtonun Ukraynaya F-16 qırıcılarını niyə verməyəcəyini izah edib. O hesab edir ki, onlar ölkədə qalmalıdırlar.

Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ prezidenti jurnalistlərlə söhbətində F-16-nın Ukraynaya göndərilməsinə niyə qarşı çıxdığı sualına cavabında bildirib.

"Çünki onları burada saxlamalıyıq. Bu tamamilə fərqli bir vəziyyətdir",- dedi Ağ Ev rəhbəri.

Xatırladaq ki, bundan əvvəl bəzi ölkələr, o cümlədən Polşa, Çexiya və digər ölkələr Ukraynaya F-16-ların verilməsinə tərəfdar çıxmışdılar.

Əziz Mustafa, Oxuməni.az