Bu gün Yaponiyanın Baş naziri Fumio Kisidanın Ukraynaya səfəri başlayacaq

Bu gün Yaponiyanın Baş naziri Fumio Kisidanın Ukraynaya səfəri başlayacaq

21 Mart 2023 09:12
Bəyəndim (0) Bəyənmədim (0)

Martın 21-də Yaponiyanın Baş naziri Fumio Kisida Ukraynaya səfər edəcək.

Oxuməni.az xəbər verir ki, bu barədə Yaponiyanın “NHK” telekanalı hökumət nümayəndəsinə istinadən məlumat yayıb.

Telekanala görə, səfər çərçivəsində ölkənin hökumət başçısı Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Qeyd edək ki, bu, F. Kisidanın Rusiyanın hərbi təcavüzü başlayandan bəri Ukraynaya ilk səfəridir. O, Yeddilik Qrupu (G7) ölkələrinin başçılarının Ukraynaya səfər etməmiş sonuncu lideri idi.

Xatırladaq ki, səfər planları barədə öncədən bilgi verilməsə də, yanvarın 25-də yaponiyalı siyasətçi bu niyyətdə olduğunu açıqlayıb, lakin yekun qərar verilmədiyini bildirmişdi. Report.az