Lavrov Qarabağla bağlı sayıqlamalarına görə Azərbaycana buraxılmamalıdır

Lavrov Qarabağla bağlı sayıqlamalarına görə Azərbaycana buraxılmamalıdır

21 Mart 2023 08:44
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada görüşən və ortaq mətbuat konfransında ölkəmiz əleyhinə təxribatçı açıqlamalar verən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan barədə bəyanat yayıb. Əlbəttə, Ararat Mirzoyanın hər dəfə ağzının üstündən vurmaq vacibdir. Ancaq həmin mətbuat konfransında erməni düdüyü Sergey Lavrov Mirzoyandan geri qalmayaraq sayıqlamaqda davam edib. Qarabağda münaqişənin həllinə imkan verməyən, pərdəarxasından Paşinyanı himayə edərək onu Qərblə yaxınlaşmağa şirnikləndirən də Rusiyadan daha çox Ermənistanın maraqlarını müdafiə edən, Putini istənilən Qərbə satmağa hazır dayanan, atası Tiflis ermənisi, anası rus olan Sergey Kələntəryan-Lavrovdur.

Oxuməni.az xəbər verir ki, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Lavrov Donbasla “Dağlıq Qarabağ” arasında paralellər apararaq, azlıqların dil, mədəniyyət və digər hüquqlarının qorunması vacibliyini deyıb:

“Yəqin Lavrov ona işarə etmək istəyib ki, Ukrayna Donbasa guya vəd etdiyi hüquqları vermədiyinə görə həmin bölgə Rusiyanın “ixtiyarına” keçib. Mirzoyan və digər erməni rəsmilərinin mövqeyi bəllidir, əsas təhlükə “hər yerdə Donbas” yaratmaq istəyən təfəkkür sahibləridir”.

Ümumiyyətlə qeyd edək ki, Lavrov Azərbaycana münasibətdə həmişə düşmən mövqeyində dayanıb və bunu heç vaxt da gizlətmir. 44 günlük müharibə dövründə İrana səfər edərək Tehran rəhbərliyini ölkəmizə qarşı əsassız iddialar irəli sürməyə, onları quduz itlər kimi Azərbaycanın üzərinə hürməyə təhrik edən də Sergey Lavrov olub. Günümüzdə də İranı Azərbaycana qarşı təhrik edən, Qarabağda sülhə mane olan, separatçıları pərdə arxasından silahlanmasına yardım edən də Sergey Lavrovdur. Sergey Lavrov Putinin ona rəğbətindən istifadə edərək Paşinyanı pərdəarxasından öz himayəsinə alaraq onu Qərblə daha sıx əlaqələr qurmağa şirnikləndirir. O Rusiyanın gec-tez parçalanacağını başa düşərək bu yolla qan qardaşı olan erməniləri xilas etməyə çalışır. Vaxtı ilə Qorbaçovun SSRİ-nin dağılmasında oynadığı rolu indi eyni ilə Sergey Lavrov Rusiyanın dağılması prosesində həyata keçirməkdədir. O bu yolla Rusiya dağılacağı təqdirdə Qərbə göstərdiyi xidmətlərin əvəzində onlardan özünün təhlükəsizliyinə zəmanət almaq və Ermənistanı Qərbin bölgədəki əsas forpostuna çevirmək niyyətindədir. Onun Rusiyaya xəyanətinin yaxın gələcəkdə üzə çıxacağı istisna edilmir.