"Ya öləcəksən, ya da həbsə atılacaqsan..."

"Ya öləcəksən, ya da həbsə atılacaqsan..."

22 Mart 2023 12:26
Bəyəndim (0) Bəyənmədim (0)

"Buna bənzər fərman vaxtilə Putinin ideoloji sələfi İosif Stalin tərəfindən verilib..."

"Əsir düşmək yalnız o halda cinayət tərkibi yaradır ki, o, könüllü olaraq, şüurlu surətdə baş verib..."

Rusiya Federasiyasının Ali Məhkəməsi hərbçilərin nəyə görə 10 il həbs cəzasına məhkum ediləcəyini izah edib

Rusiyanın Ali Məhkəməsi hərbi cinayətlərə, o cümlədən əsir düşməyə görə vətəndaşların məsuliyyətə cəlb edilməsi praktikasını izah edib.

Bu barədə "qazeta.ru" nəşri yazıb.

Ukraynada "xüsusi hərbi əməliyyat"ın keçirildiyi zaman prezident Putinin hələ ötən ilin sentyabrında imzaladığı qanunun izahı Hüquq və məhkəmə informasiya agentliyinin saytında üzə çıxıb.

"Əsir düşmə yalnız o halda cinayət tərkibi yaradır ki, o, könüllü olaraq, yəni düşmənə qətiyyətli müqavimət göstərmək və əsir düşməmək üçün imkan olduğu halda şüurlu surətdə baş verib", - Ali Məhkəmənin Plenumunun qərarına istinadən məlumatda deyilir.

Sənəddə deyilir ki, ağır yaralanması və ya kontuziya alması səbəbindən köməksiz vəziyyətdə olan və bu səbəbdən əsir düşməkdən yayına bilməyən hərbçilər cinayət məsuliyyətinə cəlb edilmir. Bütün digər hallarda əsirlikdə olanları qanunla 3 ildən 10 ilədək azadlıqdan məhrimetmə cəzası gözləyir.

Vəkil Dmitri Zaxvatov "İnsayder" nəşrinə deyib ki, Rusiyanın Ali Məhkəməsi Dövlət Duması tərəfindən hüquqazidd və repressiv qərarlara "qətiyyətli müqavimət göstərməsi" imkanı və arzusunu çoxdan itirib.

Hüquqşünasın sözlərinə görə, qanunverici orqan tərəfindən qanunun keyfiyyətinə qəsdən riayət edilməməsi ordu heyətinin əsir düşməkdən imtina edilməsinə məcbur etmək məqsədilə qorxudulması kimi konkret repressiv məqsəd daşıyır", yəni "ya öləcəksən, ya da həbsə atılacaqsan".

Buna bənzərini Putinin ideoloji sələfi İosif Stalin edib. 16 avqust 1941-ci ildə Ali Baş Komandanlığın "Əsir düşməyə və silahın düşmənə saxlanılmasına görə hərbi qulluqçuların məsuliyyəti haqqında" Fərmanı buna sübutdur.

Bu sənəd əsirdən azad eduləndən sonra QULAQ düşərgəsinə düşən və ya cərimə taborlarına ölümə məhkum edilən sovet hərbi əsirlərə qarşı repressiyaların proloqu olub", - Zaxvatov xatırladıb.Moderator.az