"Bu döyüş sursatları Rusiya qoşunlarının mövqelərində partlayarsa, cavab çox dəhşətli olacaq..."

"Bu döyüş sursatları Rusiya qoşunlarının mövqelərində partlayarsa, cavab çox dəhşətli olacaq..."

23 Mart 2023 17:33
Bəyəndim (0) Bəyənmədim (0)

"Zənginləşdirilməmiş uranı olan döyüş sursatları bir çox ölkələrdə var və bunlar nüvə silahı ilə heç bir əlaqəsi olmayan standart silahdır..."

Lukaşenko Qərbin "ağılsız" rəsmilərinə hədə-qorxu gəlib və bilməyərəkdən Putini pis vəiyyətə salıb

Belarus hakimi Aleksandr Lukaşenko Xatında Rusiya və Belarus jurnalistləri ilə ünsiyyətdə olub. Söhbət zamanı o, Böyük Britaniyanın Ukraynaya tərkibində zənginləşdirilməmiş uran olan döyüş sursatları tədarük etmək niyyətləri ilə bağlı suala cavab verib.

Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya MN-nin "Zvezda" telekanalı məlumat yayıb.

"O zaman Rusiya da bizə həqiqi uranı olan döyüş sursatları tədarük edəcək. Əgər onlar ağıllarını itiribsə, bu prosesə təkan verəcək. Bax, ən qorxulusu və ən təhlükəlisi budur. Ona görə də bu ağılsızlıqdan kənar durmaq lazımdır.

Və bir də ki, bu döyüş sursatları Rusiya qoşunlarının mövqelərində partlayarsa, cavab dəhşətli olacaq, görəcəksiniz. Bütün planet üçün dərs olacaq. Rusiyada təkcə zənginləşdirilməmiş uran deyil, başqası da var və bunu siz çox gözəl bilirsiniz", - Lukaşenko təhdid edib.

O, bəyan edib ki, "bu müharibədə eskalasiyaya başlamağa gərək yoxdur", və Rusiya prezidentinin ÇXR sədri ilə danışıqlarını nümunə gətirib.

"Putin Si Tszinpinlə danışıqlar apardığı kimi, dinc nizamlanmağa doğru irəliləmək lazımdır. Həm Rusiya rəhbərliyi, həm də dünyanın ən böyük dövlətlərindən biri olan Çin və bir çoxları bununla razıdır", - Belarus lideri deyib.

Xatırladaq ki, Böyük Britaniya müdafiə nazirinin müavini baronessa Annabel Qoldi deyib ki, London Ukraynaya zənginləşdirilməmiş uranı olan artilleriya mərmiləri verəcək. Bu bəyanat Rusiya hakimiyyəti, o cümlədən prezident Putinin kəskin reaksiyasına səbəb olub.

O, Londonun belə addım atacağı təqdirdə Moskvanın cavab verəcəyi ilə təhdid edib. Onun sözlərinə görə, Böyük Britaniyanın belə hərəkətləri Qərbin Kiyevə nüvə komponentləri olan silah tədarükünə keçidindən xəbər verir.

Buna cavab olaraq Britaniya hərbi idarəsi Putini dünya ictimaiyyətini qəsdən dezinformasiya etməsində ittiham edib, çünki o, yaxşı bilir ki, zənginləşdirilməmiş uranı olan döyüş sursatları bir çox ölkələdə var və bunlar nüvə silahı ilə heç bir əlaqəsi olmayan standart silahdır.

Belarus hakimi isə dolayısı ilə Putinin bu məsələdə məlumatlı olduğunu təsdiq edib, çünki, Lukaşenkonun sözlərinə görə, belə silahdan Rusiya ordusunun arsenalında var.Moderator.az