ABŞ İsraildə baş verənlərdən narahatdır

ABŞ İsraildə baş verənlərdən narahatdır

27 Mart 2023 10:28
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ İsrailin müdafiə naziri Yoav Qalantın istefası fonunda baş verən hadisələrdən narahatdır.

Oxuməni.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi bildirib.

O qeyd edib ki, Vaşinqton tezliklə kompromis axtarmağın zəruriliyini görür.

"İsraildə baş verən hadisələrdən, o cümlədən nazir Galant səbəbiylə döyüş hazırlığına mümkün təsirlərdən çox narahatıq" dedi Ağ Evin sözçüsü.

26 Mart Bazar günü İsrailin Baş naziri Benyamin Netanyahu məhkəmə islahatını tənqid etdikdən sonra Yoav Galantı müdafiə naziri vəzifəsindən uzaqlaşdırdı. Galant daha əvvəl Netanyahu Hökumətini məhkəmə sisteminin islahatını dayandırmağa çağıraraq, cəmiyyətdə ordu və təhlükəsizlik orqanlarına nüfuz edən və dövlət təhlükəsizliyi üçün real təhlükə olan parçalanmanın dərinləşdiyini söylədi. Müdafiə nazirinin istefası elan edildikdən sonra İsrailin bir çox şəhərində etirazlar başladı.

Əziz Mustafa, Oxuməni.az