Beş əsgər həlak olub, altısı isə yaralanıb

Beş əsgər həlak olub, altısı isə yaralanıb

27 Mart 2023 10:53
Bəyəndim (0) Bəyənmədim (0)

Bir neçə gündür ABŞ-la İran hərbiçiləri arasında Suriyada gərginlik yaşanmaqda davam edir. Belə ki, Suriyada İranın dəstəklədiyi qruplar cümə günü ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Həsəkə əyalətindəki obyektini pilotsuz uçuş aparatı (PUA) ilə vurub, nəticədə ABŞ-ın müqaviləli 5 əsgəri həlak olub, 6 hərbçi isə yaralanıb. Hücumdan sonra ABŞ İranın dəstəklədiyi qrupların bazalarını vurub.

Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində İranın dəstəklədiyi qruplar şənbə günü səhər ABŞ qüvvələrinin yerləşdirildiyi Ömər neft və Kuniko qaz yatağı və ətrafına raket zərbələri endirib. ABŞ qüvvələri də raketlərin gəldiyi istiqamətə artilleriya və raket atəşi ilə cavab verib.

Murad Şahməmmədov