İsrail Dəməşqdəki hərbi obyektlərə hücum etdi: yaralılar var

İsrail Dəməşqdəki hərbi obyektlərə hücum etdi: yaralılar var

30 Mart 2023 09:54
Bəyəndim (0) Bəyənmədim (0)

Suriyanın hökumətyönlü KİV-ləri martın 30-na keçən gecə İsrailin Dəməşqə hava hücumu barədə məlumat veriblər.

Oxuməni.az xəbər verir ki, Suriyanın hava hücumundan müdafiə sistemləri Dəməşq səmasında "düşmən hədəflərə atəş açıblar.

Xəbərlərdə bildirilir ki, hava hücumu nəticəsində iki Suriyalı hərbçi yaralanıb. Hücum yerindəki infrastruktura da ziyan dəyib.

Suriya İnsan Haqları Mərkəzinin məlumatına görə isə hücum nəticəsində ölənlər var. Onların sayı dəqiqləşdirilməyib. Mərkəzin məlumatında deyilir ki, İsrail qüvvələri Dəməşqin ətəyində yerləşən Jebel-Cassino dağında hərbçilərin mövqelərini atəşə tutub. Hüquq müdafiəçilərinin sözlərinə görə, hücum nəticəsində obyektlərdən birinə böyük tüstü müşahidə olunub və obyektə tibbi briqada göndərilib.

İsrail rəsmiləri ölkə xaricində baş verən hərbi əməliyyatlar barədə məlumatları şərh etmirlər.

Əziz Mustafa, Oxuməni.az