Kəşfiyyatçı İranın Afrikadakı Azərbaycan obyektlərinə necə sui-qəsd hazırladığını açıqlayıb

Kəşfiyyatçı İranın Afrikadakı Azərbaycan obyektlərinə necə sui-qəsd hazırladığını açıqlayıb

30 Mart 2023 12:21
Bəyəndim (0) Bəyənmədim (0)

Müxalif İran mediası Tanzaniya səlahiyyətliləri tərəfindən 2022-ci ilin noyabrında İsrailin "Mossad" Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi ilə həbs olunan və "Həmid Salari"olaraq bilinən İran kəşfiyyat zabiti Həmidreza Məhəmməd Abrahanın dindirilməsinin bir hissəsinin videosunu yayımladı.

Oxuməni.az xəbər verir ki, Abraha istintaqa ifadəsində vəzifəsinin Tanzaniyada və ümumiyyətlə Afrikada İsrail, Amerika, Səudiyyə Ərəbistanı və Azərbaycan obyektlərinə nəzarəti həyata keçirmək və sui-qəsd təşkil etmək üçün yerli və xarici vətəndaşları cəlb etmək olduğunu ifadə etdi.

Həbsə qədər İbrahim 15 il İran kəşfiyyatında xidmət edib, xüsusilə əfqanıstan və Pakistanda çalışıb. 2019-cu ildə Tanzaniyaya köçürüldü, bundan əvvəl uzun bir təlim keçdi. Tanzaniyada neft və neft məhsulları taciri adı altında çalışdı.

Nəşrin məlumatına görə, dindirmə zamanı İbrahim İran Kəşfiyyat Nazirliyinin strukturu və fəaliyyət sxemləri barədə ətraflı məlumat verib, həmçinin onun cəlb etdiyi agentləri təhvil verib. Bundan sonra Tanzaniyadan vətəninə ekstradisiya edildi.

Əziz Mustafa, Oxuməni.az