Türkiyə müxalifəti prezident seçkilərində vahid namizəd barədə razılığa gələ bilməyib

Türkiyə müxalifəti prezident seçkilərində vahid namizəd barədə razılığa gələ bilməyib

30 Mart 2023 13:31
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə müxalifəti mayın 14-də keçiriləcək prezident seçkilərində vahid namizəd irəli sürə bilməyəcək.

Oxuməni.az xəbər verir ki, bu barədə Hürriyet nəşri bildirib.

Qəzetin yazdığına görə, Memleket Partiyasının ("Vətən") lideri Məhərrəm İncə vahid namizəd Kamal Kılıçdaroğlunun lehinə namizədliyini geri götürməkdən imtina edib. İncə Kılıçdaroğlu ilə görüş keçirib və bundan sonra kampaniyada iştirakdan imtina etməyəcəyini bildirib.

"Bir saat davam edən görüş faktiki olaraq seçki yolunda kritik idi... İncə prezident seçkilərindən namizədliyini geri götürmədiyini açıqladı. Bu, hər iki liderin mövqelərini qoruduğunu göstərdi",- deyə qəzet yazır.

Bir çox müxalifət təmsilçisi əvvəllər İncəni namizədliyini geri götürməyə çağırmışdı, çünki o, seçicilərin səslərinin bir hissəsini ala və Kılıçdaroğlunun prezident seçkilərinin ilk turunda qalib gəlməsinə mane ola bilər.

Daha əvvəl məlum olub ki, Türkiyə Ali Seçki Komissiyasının rəhbəri Əhməd Onər ölkədə dörd namizədin-Kamal Kılıçdaroğlu, Məhərrəm incə, Rəcəb Tayyib Ərdoğan və Sinan Oğanın prezident seçkilərinə buraxıldığını bildirib.

Sorğuların nəticələrinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətin əsas opponenti, altı partiyalı alyansın namizədi Kamal Kılıçdaroğlu əleyhinə respondentlərin 52% - dən çoxunu alır.

Əziz Mustafa, Oxuməni.az