Britaniya kəşfiyyatı: Rusiya Ukrayna ilə müharibəyə yüz minlərlə "könüllü" hazırlayır

Britaniya kəşfiyyatı: Rusiya Ukrayna ilə müharibəyə yüz minlərlə "könüllü" hazırlayır

30 Mart 2023 14:49
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada Ukraynada müharibəyə 400 min "könüllü" cəlb etməyə hazırlaşırlar.

Oxuməni.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyatının yeni hesabatında deyilir.

Britaniya kəşfiyyatı Rusiya KİV-lərinin xəbərlərinə diqqət çəkib ki, hakimiyyət əlavə 400 min hərbçi cəlb etmək məqsədilə böyük hərbi kampaniyaya başlamağa hazırlaşır.

"Rusiya kampaniyanı yeni məcburi səfərbərlik kimi deyil, peşəkar kadrların könüllü işə götürülməsi kimi təqdim edir. Bununla birlikdə, praktikada regional səlahiyyətlilərin məcburetmə üsulu ilə işə qəbul vəzifələrini yerinə yetirməyə çalışacaqları barədə real bir ehtimal var".-deyə hesabatda qeyd edilir.

Rusiya hakimiyyəti, ehtimal ki, kadr çatışmazlığını aradan qaldırmaq və eyni zamanda Rusiya Federasiyası daxilində narazılığın baş verməsini minimuma endirmək üçün guya "könüllü sxem" seçdi. Lakin Britaniya kəşfiyyatının fikrincə, belə bir kampaniyanın istənilən 400 min həqiqi könüllünü cəlb etməyə imkan verəcəyi ehtimalı azdır.

Əziz Mustafa, Oxuməni.az