ABŞ dünyada demokratiyanı dəstəkləmək üçün 690 milyon dollar ayıracaq

ABŞ dünyada demokratiyanı dəstəkləmək üçün 690 milyon dollar ayıracaq

30 Mart 2023 11:57
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Co Bayden bütün dünyada demokratiyanı gücləndirmək üçün 690 milyon dollar ayıracağına vəd edib.

Oxuməni.az-ın verdiyi xəbərə görə, Amerika lideri ABŞ-ın təşkilatçılığı ilə keçirilən ikinci beynəlxalq "demokratiya sammitində" deyib ki, bu vəsaitlər effektiv və şəffaf idarəçilik, mətbuat azadlığı, korrupsiya ilə mübarizə, azad seçkilər və demokratiyanı təşviq edən texnologiyalara yönəlməlidir.

Əsasən videokonfrans vasitəsilə keçirilən toplantının iştirakçılarına müraciət edən Bayden demokratiyanın gücləndirilməsinin "zamanımızın ən mühüm çağırışı" olduğunu söylədi. Eyni zamanda o, Rusiyanın Ukraynaya qarşı müharibəsinə və ABŞ-ın Çinlə münasibətlərindəki gərginliyə baxmayaraq, ötən il ərzində ümidverici irəliləyiş olduğunu qeyd edib. "Bu gün qürurla deyə bilərik ki, dünya demokratiyaları zəif deyil, güclənir. Dünyadakı avtokratiyalar güclənmir. Bu, hamımızın bilavasitə əməyinin nəticəsidir", - Bayden deyib.

E.Axund, Oxuməni.az