Bolqarıstanda məktəblər təhdidlərə görə bağlanır

Bolqarıstanda məktəblər təhdidlərə görə bağlanır

30 Mart 2023 13:03
Bəyəndim (0) Bəyənmədim (0)

Bolqarıstanda onlarla məktəb bağlanıb və şagirdləri bombaların e-poçt və telefon məlumatlarına görə üç gün ərzində evakuasiya edilib

Oxuməni.az xəbər verir ki, paytaxt Sofiya və Qara dəniz limanları Varna və Burqasdakı təhsil müəssisələri ən çox təhdidlərə məruz qalıb. Təhdidlər Google hesablarındakı elektron poçtlardan qaynaqlanır.

Tələbələr evakuasiya edildikdən sonra polis işi öz üzərinə götürərək partlayıcı maddələrin axtarışına başlayıb. Partlayıcılar hələ də tapılmayıb.

Baş verənlərin motivləri bəlli deyil. Bunun bazar günü Bolqarıstanda keçiriləcək ümumi seçkiləri pozmaq üçün edildiyi güman edilir. Məktəblərdən seçki məntəqəsi kimi istifadə olunur.

“Müstəntiqlərin əsas versiyası bu və ya digər şəkildə Rusiya ilə əlaqəli hibrid hücumlardır”, - Bolqarıstanın daxili işlər naziri İvan Demerciyev bildirib. O, əlavə edib ki, ölkə hakimiyyəti bu cür təhdidlərin yayılmasında məsul şəxslərin müəyyən edilməsində kömək üçün NATO üzrə tərəfdaşlarının, xüsusən də ABŞ-ın kəşfiyyat xidmətlərinə müraciət edib.

Bolqarıstan prokurorluğu hadisəni ölkənin Cinayət Məcəlləsinin “respublikaya qarşı cinayət” və “terrorizm” maddələri ilə araşdırdığını bildirib.

E.Axund, Oxuməni.az