Çin hərbçiləri ABŞ-a xəbərdarlıq etdi

Çin hərbçiləri ABŞ-a xəbərdarlıq etdi

30 Mart 2023 18:37
Bəyəndim (0) Bəyənmədim (0)

Çinlə ABŞ arasındakı münasibətlərdə gərginlik artmaqda davam edir. Bunu Çin hərbçilərinin ABŞ-a xəbərdarlığı da sübut etməkdədir.

Oxuməni.az xəbər verir ki, Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Tanq Kefey ABŞ Silahlı Qüvvələrini Cənubi Çin dənizindəki təxribatları dayandırmağa çağırıb, əks halda Vaşinqton mümkün insidentlərə görə məsuliyyət daşımalı olacaq.

Çinin nəzarətində olan Parasel adaları yaxınlığında bir Amerika gəmisinin keçidini şərh edən Kefei: "ABŞ-dan bu cür təxribatları dərhal dayandırmasını ciddi şəkildə tələb edirik. Əks halda səbəb olduqları hadisə nəticəsində bündan doğan ciddi nəticələrə görə məsuliyyət daşıyacaqlar."

Əziz Mustafa, Oxuməni.az