Vladimir Putinin Türkiyəyə səfəri baş tutacaqmı?

Vladimir Putinin Türkiyəyə səfəri baş tutacaqmı?

1 Aprel 2023 15:34
Bəyəndim (0) Bəyənmədim (0)

"Mümkündür ki, Putin və Ərdoğan "Ağquyu" AES-in açılış mərasiminə on-layn formatda qatılacaqlar..."

"Türkiyə Yaxın Şərqdə hakimiyyətin bölünməsində strateji əhəmiyyət kəsb edir..."

"Ağquyu"nun ardınca Türkiyədə ikinci və üçüncü AES tikintisi nəzərdə tutulub..."

Rusiya prezidenti Vladimir Putin yaxın zamanlarda xaricə səfərə hazırlaşır. Mümkündür ki, o, Türkiyəyə yollanacaq və orada yeni atom elektrik stansiyasının açılış mərasimində iştirak edəcək.

Oxuməni.az xəbər verir ki, bu barədə "cursorinfo.co" nəşri yazıb.

Beynəlxalq Cinayət Məhkəməsinin Putini Ukraynada hərbi cinayətlərdə ittiham edərək həbsinə order veriməsinə rəğmən, onun Türkiyəni ziyarət etməsi hüquqi məsuliyyət yaratmayacaq.

Türkiyə Roma Nizamnaməsini təsdiq etməyib, Beynəlxaq Cinayət Məhkəməsinin qərarları onun ərazisində hüquqi qüvvəyə malik deyil, ona görə də Putin Türkiyəni rahatca ziyarət edə bilər.

Bu səfər Putin üçün tanış manevrdir, o, bu ölkədən Qərbə, özünün dar milli mənafelərinin hüdudlarından kənara qeyri-formal qapı kimi istifadə edir. Bu, Rusiya üçün sərfəli ola bilər, çünki Türkiyə Yaxın Şərqdə hakimiyyətin bölünməsində strateji əhəmiyyət kəsb edir.

Bundan başqa, "Ağquyu" yeni atom elektrik stansiyası Rusiyanın fəal iştirak etdiyi mühüm militarist obyektdir. Bununla əlaqədar olaraq Putinin Türkiyəyə səfəri, sadəcə, yeni enerji blokunun açılışından daha dərin əhəmiyyətə malik ola bilər.

Lakin bütün bunlara rəğmən, Beynəlxalq Cinayət Məhkəməsinin Putini hərbi cinayətlərdə ittiham etməsi həmişə Rusiya prezidentini sıxacaqdır. Qərbdə bir çox ölkələr

Putinin öz cinayətlərinə görə məhkəməyə verilməsini tələb edir, ona gorə də onun istənilən hərəkəti xeyli risklərlə bağlı ola bilər.

Bu arada isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, hələlik, Rusiya liderinin bu tədbirdə iştirakı formatı müəyyən edilməyib.

"Cənab Putinin aprelin 27-də açılış mərasiminə gələcəyi ehtimal edilir. Mümkündür ki, biz birlikdə bu tədbirdə "on-line" formatda iştirak edəcəyik", - Ərdoğan deyib.

Xatırladaq ki, Türkiyədə "Ağquyu" atom elektrik stansiyasının tikintisinə 2018-ci ildə başlanılıb. 2018-ci ildə Rusiya və Türkiyə prezidentləri Putin və Ərdoğan videokonfrans rejimində AES-in tikintisinə start verib. "Ağquyu" Türkiyənin ərazisində ilk belə layihədir.

Sonradan Ərdoğan məlumat verib ki, Türkiyə "Ağquyu" AES-in ardınca ikinci və üçüncü atom elektrik stansiyalarının tikintisinə başlamaq niyyətindədir, "Rosatom" dövlət korporasiyası bunun üzərində işləyir. Moderator.az