İsrail yenidən Dəməşqə raket zərbələri endirib

İsrail yenidən Dəməşqə raket zərbələri endirib

31 Mart 2023 09:39
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail yenidən Dəməşqə raket zərbələri endirib, ölənlər və yaralananlar var.

Oxuməni.az xəbər verir ki, bu barədə cümə gecəsi Al Ekhbariya telekanalı bildirib.

Suriyanın hava hücumundan müdafiə vasitələri Dəməşq üzərində hava hədəflərinə atəş açır,

"Suriyalı zenit silahlıları İsrailin Dəməşq səmasında təcavüzkar hücumunu əks etdirir və bir neçə raket vurdu",- deyə Al Ekhbariya telekanalının yaydığı məlumatda deyilir.

İlkin məlumatlara görə, Dəməşq yaxınlığındakı hərbi obyektlər havadan hücuma məruz qalıb.

Martın 30-da Suriyanın hökumətyönlü KİV-ləri İsrailin Dəməşqə hava hücumu barədə məlumat veriblər. Suriya KİV-in məlumatına görə, hava hücumu nəticəsində iki Suriyalı hərbçi yaralanıb. Hücum yerindəki infrastruktura da ziyan dəyib. Suriya İnsan Haqları Mərkəzinin məlumatına görə, hücum nəticəsində ölənlər olub.

Əziz Mustafa, Oxuməni.az