Yaponiya Rusiyaya dronların satılmasını qadağan edib

Yaponiya Rusiyaya dronların satılmasını qadağan edib

31 Mart 2023 14:22
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiya hakimiyyəti aerokosmik, tikinti, metallurgiya sənayesi ilə əlaqəli məhsulların, habelə ölçmə avadanlığı və rabitə ilə əlaqəli bir sıra malların Rusiyaya ixracını qadağan etmək qərarına gəldi.

Oxuməni.az xəbər verir ki, bu barədə Yaponiya İqtisadiyyat Nazirliyi bildirib. Nazirliyin məlumatında deyilir ki, bu tədbirlər 7 aprel 2023 - cü il tarixindən etibarən qüvvəyə minəcək.

Sənədə görə, Rusiyaya polad, alüminium və onlardan hazırlanan malların, buxar qazanlarının və onların hissələrinin, tikinti texnikasının, o cümlədən buldozer və ekskavatorların, dəmirçi avadanlıqlarının, nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin tədarükü qadağan edilir.

Tokio həmçinin aviasiya və gəmi mühərriklərinin, elektrik avadanlıqlarının və naviqasiya avadanlıqlarının, elektrik generatorlarının,dronlar, təyyarələr və kosmik aparatlaın və onların hissələrinin, oyuncaqlar və modelləşdirmə dəstlərinin Rusiya Federasiyasına ixracını qadağan edir.

Bundan əlavə, ixrac üçün qadağan olunmuş malların siyahısında optik avadanlıq, fototexnika, ölçmə avadanlığı və nəzarət və ölçü cihazları, dəqiq avadanlıq var. Bu məhsullara nümunə olaraq sənəddə optik lif və fiber optik kabellər, durbin, hava fotoqrafiyası üçün avadanlıqlar göstərilir..

Bundan əvvəl Yaponiya dəfələrlə Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Əziz Mustafa, Oxuməni.az