Macarıstanın Baş naziri: Yeni Dünya müharibəsi təhlükəsi artıb

Macarıstanın Baş naziri: Yeni Dünya müharibəsi təhlükəsi artıb

31 Mart 2023 13:44
Bəyəndim (0) Bəyənmədim (0)

Macarıstanın Baş naziri Viktor Orban hesab edir ki, yeni dünya müharibəsi təhlükəsi çox realdır və bu, mübaliğə deyil.

Oxuməni.az-ın verdiyi xəbərə görə, o, Kossuth radiostansiyasında çıxış edərək bildirib ki, Avropa İttifaqında Ukraynaya qoşun göndərilməsi ilə bağlı danışıqlar davam edir və bu, Rusiya ilə birbaşa toqquşmaya gətirib çıxaracaq.

Hökumət başçısı qeyd edib ki, Qərb Rusiyaya qarşı hərbi əməliyyatları davam etdirmək üçün Ukraynaya getdikcə daha güclü silah sistemləri göndərir və buna görə də Üçüncü Dünya müharibəsi təhlükəsi artıq şişirtmə deyil".

Orban: "Bu, indi real təhlükədir və bəçəriyyət yeni dünya müharibəsinə sürüklənir",- deyib.

Əziz Mustafa, Oxuməni.az