Ermənistan Fransanın əli ilə Azərbaycana qarşı "humanitar yardım" adı altında  yeni təxribata hazırlaşır

Ermənistan Fransanın əli ilə Azərbaycana qarşı "humanitar yardım" adı altında yeni təxribata hazırlaşır

31 Mart 2023 16:27
Bəyəndim (0) Bəyənmədim (0)

Fransanın Auvergne-Rhone-Alpes bölgəsi Artsax üçün təxribat xarakterli "humanitar yardım" karvanı göndərmək niyyətindədir.

Oxuməni.az xəbər verir ki, bu barədə bölgənin rəhbəri Laurent Voke martın 31-də İrəvanda "Dağlıq Qarabağ Respublikasının" "xarici işlər naziri" Sergey Kazaryan ilə birgə mətbuat konfransında bildirib.

Vokenin sözlərinə görə, humanitar yardım karvanı Fransanın erməni təşkilatları ilə birlikdə Auvergne-Rhone-Alpes bölgəsinin bayrağı altında təşkil ediləcək.

"O, Laçın dəhlizinə yaxınlaşacaq və biz tələb edəcəyik ki, azərbaycanlılar onu buraxsınlar. Ya maşın karvanı keçəcək və kiçik bir ümid qapısını açacağıq, ya da keçməyəcək və bu, Avropa təşkilatlarının insan hüquqlarının pozulması və hərəkətlərin vacibliyi məsələsini yenidən qaldırmasına səbəb olacaq ", deyə Laurent Voqe. Azərbaycana qarşı təxribata hazırlaşdıqlarını açıq şəkildə ortaya qoyub.

Beləliklə Ermənistan Fransanın əli ilə Azərbaycana qarşı yeni təxribata hazırlaşır. Məqsədləri də bəllidir: Azərbaycan "humanitar yardım" karvanını buraxmayacağı təqdirdə beynəlxalq aləmdə Qarabağdakı ermənilərin blokadada saxlanması adı altında daha bir hay-küy qaldırsınlar. Azərbaycan bu təxribata öncədən hazır olmalı və məsələ iə bağlı özünün qətiyyətli mövqeyini ortaya qoymalıdır. Əks halda bu təxribatdan ermənilər beynəlxalq aləmdə ölkəmizin əleyhinə istifadə edəcəklər.

Əziz Mustafa. Oxuməni.az