Ermənistanda yüksək səviyyəli məmurların həbsləri gözlənilir

Ermənistanda yüksək səviyyəli məmurların həbsləri gözlənilir

31 May 2023 12:13
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanda narkotrafiklə mübarizə kontekstində bəzi yüksək vəzifəli məmurların həbs olunacağı gözlənilir.

Oxuməni.az xəbər verir ki, bunu Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan deyib.

Nəşr iddia edir ki, narkotik maddə mövzusu parlamentin iclasında əsas mövzulardan biri olub. Abazyan parlamentarilərlə söhbətində etiraf edib ki, Ermənistanda narkotrafik nəinki qat-qat artıb, həm də daha çox gənc narkotik istifadə edir. O, eyni zamanda əmin edib ki, hüquq-mühafizə orqanları buna qarşı mübarizə yolu tapıb və hazırda aktiv tədbirlər görülür.

Bu kontekstdə Abazyan bildirib ki, yaxın vaxtlarda bu və ya digər şəkildə bu işdə iştirak edən bir sıra məmurların həbs olunacağı gözlənilir.

Onlardan biri, Məhkəmə aktlarının icrası xidmətinin keçmiş rəisi, axtarışda olan keçmiş deputat Miqran Poqosyan mayın 30-da "kokain işi"üzrə axtarışa verilib.

Əziz Salamoğlu