İranın Husi terrorçularının əli ilə Qırmızı dənizdəki təxribatının qarşısı alınıb

İranın Husi terrorçularının əli ilə Qırmızı dənizdəki təxribatının qarşısı alınıb

29 Aprel 07:46
Bəyəndim (0) Bəyənmədim (0)

İranın Husi terrorçularının əli ilə Qırmızı dənizdəki təxribatının qarşısı alınıb.

ABŞ İranın dəstəyi ilə hərəkət edən Husilərn Qırmızı dənizdəki mülki və ticarət gəmilərinə hücum etməsinə imkan verilməyib.

Bununla bağlı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, bu gecə Husi terrorçuları tərəfindən havaya qaldırılan və İran istehsalı olan 5 ədəd pilotsuz uçan aparat məhv edilib. Uçan aparatların hədəfi ticarət və mülki gəmilər idi.

CENTCOM bəyan edib ki, Husilərin məqsədi İrandan aldıqları əmrə əsasən Qırmızı dənizdə gəmilərin hərəkətinə mane olmaqla bölgədə vəziyyəti gərginləşdirmək olub.

Oxuməni.az