ABŞ Yaxın Şərqdəki vəziyyətlə bağlı diplomatik səyləri artırır

ABŞ Yaxın Şərqdəki vəziyyətlə bağlı diplomatik səyləri artırır

29 Aprel 12:11
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Yaxın Şərqdəki vəziyyətlə bağlı diplomatik səyləri artırır.

Bu gün ABŞ dövlət katibi Entoni Blinkenin Yaxın Şərqə bir həftəlik səfəri başlayıb. Səfərdən məqsəd Fələstindəki vəziyyətlə bağlı müzakirələr aparmaq, eyni zamanda tərəflər arasında imzalanacaq sülh sazişindən sonra Qəzzanın gələcək taleyi barədə məsləhətləşmələr keçirməkdir.

Səfər çərçivəsində Blinkenin Səudiyyə Ərəbistanı, İordaniya və İsrailə səfər edəcəyi planlaşdırılıb.

Blinken Fələstin məsələsində bir daha Səudiyyə Ərəbistanı krallığının razılığını almağı planlaşdırır. Onun Netanyahu ilə görüşündə də bölgəyə humanitar yardımın göstərilməsi və münaqişənin həlli məsələləri müzakirə ediləcək.

Oxuməni.az