Təyyarə hərracı ölkə daxilində keçirilib

Təyyarə hərracı ölkə daxilində keçirilib

29 Aprel 14:48
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstanın sovet istehsalı olan 81 təyyarəni ABŞ-a satdığı barədə məlumatlar təsdiqini tapmayıb. Bununla bağlı “Kazspetsexport”un yaydığı məlumata görə, sovet istehsalı olan 81 təyyarə ölkə daxilində hərraca çıxarılıb və onlarda ABŞ da daxil olmaqla hər hansı xarici ölkə şirkəti iştirak etməyib.

“Kazspetsexport” həmçinin bəyan edib ki, sovet təyyarələrinin hər hansı xarici ölkəyə satılmasından ümumiyyətlə söhbət gedə bilməz.

Xatırladaq ki, bir neçə gün öncə Ukrayna mətbuatında ABŞ-ın Qazaxıstandan sovet istehsalı olan 81 təyyarə alması barədə məlumat yayılmışdı.

Oxuməni.az