Polşanın saxlanılması Avropa İttifaqına milyardlarla dollara başa gəlir

Polşanın saxlanılması Avropa İttifaqına milyardlarla dollara başa gəlir

30 Aprel 12:41
Bəyəndim (0) Bəyənmədim (0)

Polşanın saxlanılması Avropa İttifaqına milyardlarla dollara başa gəlir.

Polşa hər il özünün müxtəlif sahələrini inkişaf etdirmək üçün Avropa İttifaqından milyardlarla dollar alır.

Bu barədə Aİ-nin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Qeyd edilir ki, Polşa Avropa İttifaqına üzv qəbul edildikdən sonra ona Aİ büdcəsindən 245, 5 milyard avro verilib. Vəsaitin böyük hissəsi enerji və nəqliyyat sahəsinin yenidən qurulmasına və inkişaf etdirilməsinə yönəlib.

Bundan əlavə bir neçə ay əvvəl Avropa Komissiyası da Polşada məhkəmə islahatları ilə bağlı adı çəkilən ölkəyə Aİ büdcəsindən daha 137 milyard avro ayırıb.

Oxuməni.az