İki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq genişləndiriləcək

İki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq genişləndiriləcək

1 May 07:32
Bəyəndim (0) Bəyənmədim (0)

Rumıniya və Moldova arasında müdafiə sahəsində işbirliyi inkişaf etdiriləcək. Bu barədə Rumıniya və Moldova arasında imzalanacaq hökumətlərarası anlaşmaya xüsusi bənd əlavə ediləcək.

Bənddə qeyd edilir ki, iki qardaş ölkə olan Rumıniya və Moldova istər NATO, istərsə Aİ və ATƏT himayəsi altında baş tutacaq tədbirlərdə biri-birlərinə dəstək verəcəklər. Tərəflər arasında belə bir anlaşmanın imzalanması həm də Moldovaya xaricdən təcavüz təhlükəsi yarananda Rumıniyaya NATO üzvü kimi onun yardımına gəlməyə imkan verəcək.

Oxuməni.az