Özününkülərə səhv atəş nəticəsində ölənlərin sayı artır

Özününkülərə səhv atəş nəticəsində ölənlərin sayı artır

1 May 07:48
Bəyəndim (0) Bəyənmədim (0)

Özününkülərə səhv atəş nəticəsində ölənlərin sayı artmaqda davam edir.

İsraildə öz mövqelərinə səhv atəşlərin açıılması nəticəsində daha 2 nəfər əsgər həlak olub. Bununla bağlı İsrail Müdafiə nazirliyi mətbuat xidmətinin verdiyi məlumata görə, ötən gün səhv atəş nəticəsində 2 nəfər əsgərin ölümü ilə bağlı araşdırma başlayıb. Qeyd edilir ki, səhv atəşin açılması əsgərlərin yorğunluğu ilə bağlıdır.

“The Times of Israel” qəzetiinin yazdığına görə isə Qəzzada müharibə başlayandan bəri İsrail hərbçilərinin səhvən öz mövqelərini atəşə tutması nəticəsində 43 nəfər əsgər həlak olub.

Oxuməni.az