Tələbələrlə polis arasında qarşıdurma davam edir

Tələbələrlə polis arasında qarşıdurma davam edir

1 May 08:14
Bəyəndim (0) Bəyənmədim (0)

Tələbələrlə polis arasında qarşıdurma davam edir, həbs edilənlər var.

ABŞ-ın Nyu-York şəhərindəki Kolumbiya Universitetində Fələstinlə həmrəylik münasibəti ilə aksiya keçirən tələbələrə qarşı polis tərəfindən zorakılıq tətbiq edilməyə başlayıb. Bu barədə TASS-ın yaydığı məlumatda deyilir.

Qeyd edilir ki, polis Kolumbiya Universitetinə giriş və çıxışları bağlayıb. Hadisə yerınə çoxlu sayda polis gətirilib. Həbs edilən tələbələri universitetin ətrafındakı avtobuslara dolduraraq polis bölmələrinə aparırlar. Polislə toqquşmalar zamanı tələbələr arasında xəsarət alanlar var.

Oxuməni.az