İsrail ordusunun əməliyyatları zamanı həbs edilənlər var

İsrail ordusunun əməliyyatları zamanı həbs edilənlər var

1 May 10:16
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail ordusunun Fələstində keçirdiyi reydlər zamanı 4 fələstinli həbs edilib. Bu barədə məlumat verən Qətərin "Əl-Cəzirə" nəşrinin məlumatına görə, həbs edilən fələstinlilər HƏMAS terrorçu təşkilatı ilə əlaqə saxlamaqda və onlara müxtəlif məlumatlar ötürməkdə şübhəli bilinirlər.

Şübhəli fələstinlilərdən üç nəfəri Hebronun cənubundakı Əl-Favvar düşərgəsindəki reydlər zamanı, daha bir nəfəri isə Yerixoda Aqabat Cabr düşərgəsində həbs edilib.

Xatırladaq ki, Fələstində müharibə İrandan aldıqları tapşırıq əsasında HƏMAS terrorçularının sərhədyanı ərazidəki israilli hərbçiləri öldürərək 240 nəfər dinc sakini girov götürməsindən sonra başlayıb.

Baş verən bütün bu hadislərə və axıdılan qanlara görə İranın faşist dairələri məsuliyyət daşıyırlar.

Oxuməni.az