Körpünün uçması nəticəsində ölənlər və yaralananlar var

Körpünün uçması nəticəsində ölənlər və yaralananlar var

1 May 12:07
Bəyəndim (0) Bəyənmədim (0)

Çində insanların ölümünə və yaralanmasına səbəb olan faciə baş verib. Belə ki, ölkənin cənubunda körpünün uçması nəticəsində 19 nəfər dünyasını dəyişib, 50 nəfərə yaxın adam yaralanıb. Hadisə Quandun əyalətində baş verib.

Son məlumatlara görə, dağılan körpünün qalıqları altında yararsız hala düşən çoxlu sayda avtomobil aşkar edilib. Hazırda faciə baş verən Meizhou-Dabu ekspress yolunda hərəkət dayandırılıb. Hadisənin səbəbləri araşdırılır.

Oxuməni.az