Norveç Ukraynanı sona kimi dəstəkləmək və maliyyə yardımlarını davam etdirmək niyyətindədir

Norveç Ukraynanı sona kimi dəstəkləmək və maliyyə yardımlarını davam etdirmək niyyətindədir

1 May 12:31
Bəyəndim (0) Bəyənmədim (0)

Norveç Ukraynanı sona kimi dəstəkləmək və maliyyə yardımlarını davam etdirmək niyyətindədir. Bunu Norveçin baş naziri Jonas Gahr Stere yerli mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, ölkəsi Ukraynanın çətin maliyyə və hərbi vəziyyətini nəzərə alaraq Kiyevə əlavə olaraq 635,5 milyon dollar yardım edəcək.

Bu çərçivədə də Norveç tərəfindən Ukraynaya ayrılan maliyyə yardımının həcmi 2 milyard dollara çatacaq. Qeyd edək ki, Norveç tərəfindən Ukraynaya ayrılan əlavə maliyyə yardımının 545 milyon dolları hərbi məqsədlər üçün nəzərdə tutulub.

Oxuməni.az