Cənubi Koreya təhlükəsizliyinin təminini daha bir quruma üzv olmaqda görür

Cənubi Koreya təhlükəsizliyinin təminini daha bir quruma üzv olmaqda görür

1 May 13:15
Bəyəndim (0) Bəyənmədim (0)

Cənubi Koreya təhlükəsizliyinin təminini daha bir quruma üzv olmaqda görür.

Şimali Koreyadan gələn müharibə təhdidi qarşısında Cənubi Koreya öz təhlükəsizliyini təmin etmək üçün yollar axtarır. Bu məqsədlə Cənubi Koreya ABŞ, Avstraliya və Böyük Britaniyanın üzv olduğu AUKUS qurumuna daxil olmaq niyyətindədir.

Bunu Cənubi Koreya və Avstraliya müdafiə və xarici işlər nazirlərinin iştirakı ilə “2+2” formatında keçirilən görüş də bir daha təsdiq edir.

Məsələ ilə bağlı Cənubi Koreyanın Müdafiə Nazirliyinin rəhbəri Şin Vonsuk mətbuata açıqlamasında bildirib ki, görüşdə əsas müzakirə hədəfi ölkəsinin bu quruma üzvlüyü məsələsi olub. Onun sözlərinə görə, Cənubi Koreya AUKUS zonalarından birində iştirak etmək niyyətindədir və məqsədi bölgədə sülh və sabitliyin təmin ediməsinə öz töhfəsini verməkdir.

Oxuməni.az