Litva təhlükəsizliyini təmin etmək üçün tədbirlər həyata keçirir

Litva təhlükəsizliyini təmin etmək üçün tədbirlər həyata keçirir

1 May 13:37
Bəyəndim (0) Bəyənmədim (0)

Bölgədə əmələ gələn təhlükəli vəziyyətlə bağlı Litvada xüsusi hərbi fəallıq nəzərə çarpır. Bunu Litvada ölkə tarixində ən böyük hərbi təlimlərdən birinin keçirilməsi də bir daha təsdiq edir. Belə ki, hərbi təlimlərdə iştirak etmək üçün ehtiyatdan 2,5 min nəfər orduya cəlb edilib. Bundan əlavə hərbi təlimlərdə 4 min nəfərdən çox peşəkar hərbi qulluqçu da iştirak edir.

“Perkuno grjausmas” (“Perkunas’ Thunder”) adı verilən hərbi təlimlərindən məqsəd ölkənin müdafiə qabiliyyətini yoxlamaq və təhlükəsizliyini ən yüksək səviyyədə təmin etmək, ortaya çıxan nöqsanları aradan qaldırmaqdır.

Oxuməni.az