Yaponiya Çinə qarşi özünə yeni müttəfiqlər axtarır

Yaponiya Çinə qarşi özünə yeni müttəfiqlər axtarır

1 May 15:05
Bəyəndim (0) Bəyənmədim (0)

İkinci dünya müharibəsində ağır məğlubiyyətə uğrayan Yaponiya 70 ildən sonra əzəli düşməni olan Çinə qarşı özünə yeni müttəfiqlər axtarışını davam etdirir.

Bu müstəvidə də Yaponiya Fransa ilə qarşılıqlı təhlükəsizlik haqqında anlaşma imzalamaq niyyətindədir. Bu məsələnin Yaponiya baş naziri Fumio Kişidanın Fransaya nəzərdə tutulan səfəri zamanı əsas müzakirə hədəfi olacağı gözlənilir.

Baş nazirin Fransaya gözlənilən səfəri barədə məlumat verən Kyodo agentliyi də Makronla görüşdə əsas müzakirə hədəfinin təhlükəsizlik sazişinin imzalanması olacağını bildirib.

Xatırladaq ki, bundan əvvəl Yaponiya Avstraliya və Böyük Britaniya ilə analoji anlaşma imzalayıb. Hazırda Yaponiya Filippinlə də müvafiq anlaşma imzalamağa hazırlaşır.

Oxuməni.az