İsrail HƏMAS-ın Rəfahdakı varlığını heç vaxt qəbul edə bilməyəcək

İsrail HƏMAS-ın Rəfahdakı varlığını heç vaxt qəbul edə bilməyəcək

10 May 07:48
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail HƏMAS-ın Rəfahdakı varlığını heç vaxt qəbul edə bilməyəcək.

Bunu İsrailin Baş naziri Benyamin Netanyahu Amerikanın “Merit Street Media” telekanalına verdiyi açıqlamasında bəyan edib. Onun sözlərinə görə, Rəfahda hərbi əməliyyatlar HƏMAS-ın tamamilə məhv edilməsinə yönəlib.

Dövlət başçısı Benyamin Netanyahu həmçinin hərbi əməliyyyatlar başlayandan bu günə kimi İsrailin HƏMAS-ın 24 batalyonundan 20-ni məhv etdiyini bəyan edib.

O qeyd edib ki, Rəfahda da HƏMAS-a ağır zərbələr vurulacaq və onlar orada da məhv ediləcəklər.

Oxuməni.az